Stomatoloji Klinikalar Üçün Rəqəmsal Həllər
Berlin və Bakıdakı beynəlxalq komandamız stomatoloji klinikalar və xarici şirkətlər üçün dental SaaS, CRM, mobil tətbiqlər və avtomatlaşdırma həlləri qurur. Hazırda 6 ölkədə və 5 dildə fəaliyyət göstəririk.
Biz Kimik?
GateDent — stomatoloji sahəyə ixtisaslaşmış multi-country dental SaaS platformasıdır. Berlin və Bakıda ofislərə malik beynəlxalq komandayıq — həm Azərbaycan, həm Gürcüstan, həm Mərkəzi Asiya, həm də Avropadakı xarici şirkətlər üçün software həlləri qururuq.
Komandamız təcrübəli proqram mühəndisləri, dizaynerlər və biznes mütəxəssislərindən ibarətdir. Həm yerli, həm də xarici şirkətlər üçün saytlar, proqram təminatı, avtomatlaşdırma və SaaS həlləri hazırlamışıq. Sonra healthcare texnologiyalar sahəsinə fokuslanaraq GateDent və MedoGate platformalarını yaratdıq.
Eyni komanda tərəfindən hazırlanan digər platformamız — MedoGate.com pasiyentlərlə klinikaları əlaqələndirən healthcare marketplace-dir. Komanda rəhbərliyi: Əli Zeynallı (Təsisçi və Şirkət Rəhbəri) və Bəhruz Cəfərov (Rəqəmsal Marketinq və Satış Direktoru).
Hazırda 6 ölkədə (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan) və 5 dildə fəaliyyət göstəririk. Həm yerli, həm də xarici klinikalar və şirkətlərlə əməkdaşlıq edirik. Real təcrübə hər yeni funksiyada öz əksini tapır.
Xidmətlərimiz
Klinika İdarəetmə Sistemi
Pasiyent qeydiyyatı, randevu planlaması, odontoqram, müalicə protokolları, maliyyə hesabatları, anbar idarəsi — bütün klinika əməliyyatları vahid platformada.
CRM & Müştəri İdarəetmə
Müştəri əlaqələri, satış prosesləri, lead tracking, analitika — müştərilərinizi tanıyın, satışlarınızı artırın.
Şirkətə Özəl Software
Biznes proseslərini avtomatlaşdıran fərdi proqram təminatı — ERP, anbar, kadr, sənəd dövriyyəsi və digər həllər.
SaaS Platformalar
Sıfırdan multi-tenant SaaS məhsul arxitekturası, abunəlik sistemi, infrastruktur qurulması və dəstək.
Mobil Tətbiqlər
iOS və Android üçün native və cross-platform mobil tətbiqlər — UX dizayn, API inteqrasiya, mağaza yayımı.
AI Həllər & Avtomatlaşdırma
Süni intellekt ilə işləyən chatbot-lar, sənəd analizi, proqnozlaşdırma, iş proseslərinin AI ilə optimallaşdırılması.
Korporativ Web Saytlar
SEO-optimizasiya edilmiş, mobil uyğun, sürətli web saytlar — klinikalar, şirkətlər və startuplar üçün.
İnteqrasiya & API Həlləri
SMS, email, ödəniş sistemləri, üçüncü tərəf API inteqrasiyaları — sistemlərinizi bir-birinə bağlayın.
Rəqəmlərlə Biz
İnkişaf Yolumuz
İdeyadan reallığa - necə başladıq və hara gedirik
Sektorda İlk Addımlar
Proqramlaşdırma sektorunda fəaliyyətə başladıq. Birdən çox şirkət üçün saytlar, proqram təminatı və avtomatlaşdırma həlləri hazırladıq.
Tibbi Sahəyə Keçid
Tibbi texnologiyalar sahəsinə fokuslandıq. Səhiyyə sektorunda rəqəmsal həllər inkişaf etdirməyə başladıq.
MedoGate İdeyası
Tibbi randevu sisteminin rəqəmsallaşdırılması ideyası yarandı. MedoGate.com platformasının inkişafına başlandı.
GateDent İdeyası və İnkişafı
Stomatoloji sahəyə fokuslanaraq GateDent platformasının ideyası yarandı və inkişafına başlandı. Klinika idarəetmə sistemi, pasiyent qeydiyyatı, randevu və maliyyə modulları hazırlandı.
Bazara Çıxış
Həm GateDent, həm də MedoGate rəsmi olaraq bazara çıxdı. Hər iki platforma klinikalar və pasiyentlərə xidmət göstərməyə başladı.
Yeniliklərlə Dolu Sabah
Səhiyyə texnologiyalarında yenilik gətirdik, gətirməyə davam edəcəyik. Hədəfimiz regionun aparıcı tibbi texnologiya komandası olmaqdır.
Təhlükəsizlik və Məxfilik
Pasiyent məlumatları 256-bit AES şifrələmə ilə qorunur. SSL/TLS protokolları, müntəzəm təhlükəsizlik yoxlamaları və avtomatik ehtiyat nüsxələmə sistemi ilə məlumatlarınız təhlükəsiz əllərdədir.
Davamlı Dəstək və İnkişaf
Proqramı satıb yoxa çıxmırıq. Müntəzəm yeniləmələr, yeni funksiyalar və texniki dəstək təmin edirik. Müştəri rəyləri əsasında platformanı daim inkişaf etdiririk.
Platformamızın Modulları
GateDent klinika idarəetmə sistemi aşağıdakı modulları əhatə edir
Klinikanızı Rəqəmsallaşdırın
İdarəetmə sistemi, avtomatlaşdırma və ya web sayt - ehtiyacınıza uyğun həlli birlikdə tapaq.
Bizimlə Əlaqə